Kateqoriyasız

Emil “Turan”dan, “Səbail” də ondan cavab gözləyir

Son olaraq Qazaxıstanın “Turan” klubunda forma geyinmiş millimizin qapıçısı Emil Balayev “Səbail”ə keçməyə yaxındı.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı “əlcək sahibi” paytaxt klubunda oynamaqda maraqlıdı. Ancaq Emil ilk öncə Qazaxıstan təmsilçisinin ona borcunu qaytarmasını gözləyir. Məhz bu alacağa görə o, “Turan”dan cavab gözləyir.

Məsələ həlini tapdığı andan etibarən onu “Səbail”də görə biləcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43