Kateqoriyasız

“Emillə rəqabət aparmaq çətindi” – Şahruddin

UEFA Millətlər Liqasının qrup mərhələsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandanın qapıçısı Şahruddin Məhəmmədəliy fikirlərini bildirib.

O, yığmanın digər qolkiperi Emil Balayevlə rəqabət aparmağın çətin olduğunu söyləyib:

“Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var. Onunla rəqabət aparmaq çətindi. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43