Ölkə futbolu

Emin Mahmudov əməliyyat olub

“Neftçi”nin futbolçusu Emin Mahmudov ikitərəfli qasıq yırtığı diaqnozu ilə əməliyyat olunub.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Almaniyanın Münhen şəhərindəki “Munich Airport Clinic GmbH”də baş tutan əməliyyat uğurlu keçib.

Qeyd edək ki, həkimlərin rəyinə görə, Emin Mahmudov iki-üç həftə sonra fərdi məşqlərə başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43