Dünya futbolu

Emin Mahmudov “Benfika”ya qarşı

Portuqaliya Premyer Liqasında mövsümün sonuncu – 34-cü turun oyunları baş tutacaq.

Milli komandamızın üzvü Emin Mahmudovun çıxış etdiyi “Boavişta” doğma meydanda çempionluğu təmin edən “Benfika”nı qəbul edəcək. Mahmudovun mövsümün son matçında iştirak edəcəyi gözlənilir.

Qarşılaşma Bakı vaxtilə saat 22:30-da start götürəcək.

33 oyundan sonra “Boavişta” 42 xalla 9-cu, onun rəqibi “Benfika” isə 81 xalla 1-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43