Dünya futbolu

Emin Mahmudov “Boavişta”dan ayrılır?

“Boavişta” Kamran Ağayevdən sonra milli komandamızın digər üzvü Emin Mahmudovla da yollarını ayırmaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçinin performansı Porto təmsilçisinin baş məşqçisi Migel Lealı qane etmir. Bu səbəbdən də azərbaycanlı futbolçu ilə yolların ayrılacağı gözlənilir.

Portuqaliyalı mütəxəssis “Boavişta”da növbəti mövsüm üçün yeni kollektiv formalaşdırmaq istəyir. Millimizin üzvü isə onun planlarına daxil deyil.

Qeyd edək ki, Emin Mahmudov “Boavişta”ya mövsümün əvvəlində Rusiyanın “Krılya Sovetov” klubundan transfer olunub. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurmağı bacarıb.

Xatırladaq ki, “Boavişta” milli komandamızın qapıçısı Kamran Ağayevlə də müqaviləyə xitam vermişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43