Dünya futbolu

Emin Mahmudov “Boavişta”nın qələbəsini kənardan izlədi

Portuqaliya çempionatında 33-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun komandası olan “Boavişta” səfərdə “Setubal”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Emin bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Boavişta” hazırda 42 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43