Kateqoriyasız

Emin Mahmudov: “Hər qələbə özümüzə olan inamı artırır

“Neftçi”nin kapitanı Emin Mahmudov “Sumqayıt”a qarşı Premyer Liqanın IX tur oyunundan (4:2) sonra klubun rəsmi saytına açıqlama verib. Penalti zərbələri ilə dubla imza atmış futbolçu komandanın hesabda geridə olduğu halda qələbə qazanmasını xarakterin göstəricisi olduğunu bildirib:

“Oyuna pis başladıq. Bununla belə, vaxtında toparlanıb qol epizodları yaratdıq və bunlardan faydalandıq. Yaxşı ki, buraxdığımız qolun əvəzini tez çıxa bildik. Təbii ki, hər qələbə özümüzə olan inamı artırır. Belə də davam etməliyik. Qol epizodlarından daha da yaxşı istifadə etməyə başlamışıq. Qalib gəlmək çox vacibdi. Bu, xallarımızın sayını artırmaqda bizə kömək edir. Hesabda geridə olduğumuz halda qələbə qazanmaq isə xarakterimizin göstəricisidi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” futbolçusunu Yunanıstan klubuna verir?

admin

“Qanunvericiliyə uyğun şəkildə…” – Aslan Şahgəldiyev

admin

Polis Konor Makqreqoru saxladı

admin