Milli komanda

Emin Mahmudov: “Komandam üçün əlimdən gələni edəcəm”

Milli komandamızın üzvü Emin Mahmudov sosial şəbəkədə DÇ-2018-in seçmə mərhələsində bu gün Şimali İrlandiya ilə keçiriləcək oyun haqda yazıb.

İdmanxeber.com-un məlumatına görə, “Boavişta”nın yarımmüdafiəçisi ilk “11-lik”də yer aldığı üçün sevincli olduğunu bildirib:

“Bugünkü oyunda baş məşqçinin mənə güvənməsinə çox sevinirəm. Milli komandam üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, Belfastda keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43