Kateqoriyasız

Emin Mahmudov: “Olimpiakos”dan qorxmaq lazım deyil”

“Olimpiakos”la oyunda əlimizdən gələni edəcəyik”.

Bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib. Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə ev oyununda (2:1) bərabərlik qolunu vuran yarımmüdafiəçi qarşılaşmadan sonra “CBC Sport”a açıqlama verib.

Kapitan növbəti mərhələdəki rəqib olan Yunanıstan “Olimpiakos”u ilə görüşlərə də toxunub: “Rəqibin kim olmasının fərqi yoxdur. Qorxmaq lazım deyil. Meydana çıxıb vuruşacağıq”.

Mahmudov Tbilisidə olduğu kimi yenə penaltidən qol vurması barədə də danışıb: “Yaxşı ki, penalti oldu. Bir az fərqli vurdum. Əsas odur ki, qol oldu. Rəqib yaxşı oynadı, bizi bir az sıxdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43