Dünya futbolu

Emin Mahmudov oynadı, “Boavişta” 1 xal qazandı

Portuqaliya çempionatında 26-cı turun oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi “Boavişta” səfərdə “Eştoril”in qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Emin 81-ci dəqiqədə meydana daxil olub. Kamranın adı isə “18-liy”ə salınmayıb.

Qeyd edək ki, “Boavişta” 34 xalla 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43