Dünyadan

Emin Mahmudov oynadı, komandası qələbə qazandı

Millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu Portuqaliyanın “Boavişta” klubu Premyer Liqada yaranan fasilədən yararlanaraq yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Portu təmsilçisi sequndada da mübarizə aparan “Panafiel” klubu ilə qarşılaşıb. Matç “Boavişta”nın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Millimizin futbolçusu Emin Mahmudov matça strart heyətdə başlayıb. Mahmudov fasilədə əvəzlənib.

Kamran Ağayev isə bu oyunda iştirak etməyib. O, hazırda ölkəmizdə olduğu üçün heyətdə yer almayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43