Dünya futbolu

Emin Mahmudov: “Portuqaliyada daha texnikalı oyun gözləyirdim”

“Neftçi”nin futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib. O, rusiyadakı karyerasından və daha sonra “Neftçi”yə gəlişindən danışıb.

“Saturn” klubuna çox şey borcluyam. Orada qazandığım təcrübə mənə çox şey öyrətdi. Təəssüf ki, hazırda o klub maliyyə problemlərinə görə müflis olub. Ancaq hər şeyə rəğmən ora mənim üçün əsl məktəb olub.

Hər futbolçu kimi mən də karyeramı Avropada davam etdirmək istəyirdim. Portuqaliyanın “Boavişta”klubundan təklif gəldi. Məndə dəyərləndirib özümü orada sınamaq istədim. Oradakı oyunu bu cür gözləmirdim. Daha texnikalı futbol gözləyirdim. Lakin kiçik komandalarda belə deyil. Orada klub tapmaq da asandır. Maaşlar az olduğuna görə çox futbolçu oranı tərk edir.

“Neftçi”dən təklif gələn kimi dərhal qəbul etdim. Mən gələndə klub çox ağır dönəmini yaşayırdı. İndi isə fərqlidir. Belə böyük klubda kapitanlıq sarğısı daşıdığım üşün özümü çox xoşbəxt hiss edirəm.

Millətlər Liqası bizim kimi ölkələr üçün böyük fürsətdir. Qarşıdakı iki oyunda işimiz çox çətindir. Kosovunun bizdən daha hazır, daha güclü komandası var. Ancaq hər iki komandanı məğlub edib növbəti mərhələyə yüksəlmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43