20 Sentyabr 2024
Ölkə futbolu

Emin Mahmudov Qurban Qurbanovun rekordunu təkrarladı

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Qurban Qurbanovun rekordunu təkrarlayıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu buna yığmamızın yoldaşlıq görüşü çərçivəsində keçirdiyi Qazaxıstan oyununda fərqlənməklə nail olub. Mahmudov sözügedən matçda penaltidən düzgün istifadə edərək, milli forma ilə 14-cu qolunu vurub.

Bu göstərici ilə Emin millimizin sabiq forvardı Qurban Qurbanovu yaxalayıb. Əgər yarımmüdafiəçi daha bir qol vursa, Azərbaycan yığmasında ən çox qol vuran futbolçu olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43