Portuqaliya Premyer Liqasında 15-ci tura yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, başa çatan oyunlardan sonra “Whoscored” saytının tərtib etdiyi rəmzi komandada millimizin və “Boavişta”nın yarımmüdafiəçi Emin Mahmudov da yer alıb.
Qeyd edək ki, Emin Mahmudovun komandası “Boavişta” səfərdə “Nasional”a 2:0 hesabı ilə qalib gəlib. Mahmudov görüşdə vurulan ilk qolun müəllifi olub.