Dünya futbolu

Emin Mahmudov yenidən Rusiyaya dönür

“Boavişta”nın futbolçusu Emin Mahmudovun meneceri Aleksandr Manyakov Rusiyanın “Sovetski Sport” nəşrinə müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, müsahibədə Eminin komandadan gedib-getməyəcəyi açıqlanıb:

“Eminin portuqal klubu ilə hələ 1 il müqaviləsi var və heç kim onu qovmur. Ancaq reallıq budur ki, onun oyun praktikası azdır, buna görə də başqa kluba keçmək ehtimalı mümkündür. Hətta yenidən Rusiyaya da qayıda bilər. Görək, vəziyyət necə olacaq. Komandada Eminin mövqeyində çox təcrübəli oyunçular çıxış edir. Biri kapitan, digəri vitse-kapitan. Mahmudov əlinə düşən şanslardan istifadə edib. Qol da vurub, ötürmə də verib, ancaq hər bir halda o, ehtiyat oyunçu hesab olunur. Məşqçinin qərarı belədir, bu barədə şərh vermək istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43