Dünya futbolu

Emin Mahmudovsuz “Boavişta” məğlub oldu

Portuqaliyanın “Boavişta” klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir sınaq matçı keçirib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun komandası Portuqaliyanın digər elita təmsilçisi “Şaves”lə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 0 – 1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Millimizin üzvü bu oyunun iştirakçısı olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43