Ölkə futbolu

Emin oynamadı, komandası qalib gəldi

Əslən azərbaycanlı olan Emin Mahmudovun formasını geyindiyi “Boavişta” klubu növbəti yoxlama matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” İspaniya La Liqasında mübarizə aparan “Selta Viqo” ilə qarşılaşıb.

Oyun Portuqaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, həmyerlimiz Emin bu oyunda iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43