Kateqoriyasız

Emreli darmadağını kənardan izlədi

Mahir Emrelinin formasını geyindiyi “Dinamo” da növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda Xorvatiya çempionatında V turu çərçivəsində evdə “Hayduk”la qarşılaşıb. Görüş “Dinamo”nun 4:1 hesablı qələbəsiylə başa çatıb. Mahir bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.

“Dinamo” 5 turdan sonra 13 xalla liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43