Kateqoriyasız

“Emreli yaxşı transfer hesab edilə bilər, amma…”

Xorvatiya mətbuatı Zaqreb “Dinamo”sunda çıxış edən edən azərbaycanlı futbolçu Mahir Emreli haqda yazıb.

İdmanxeber.az xəbər verir ki, “index.hr” portalındakı yazıda qeyd olunub ki, Mahirin “Dinamo”ya keçməsi komandanın hücum xəttini istənilən kimi gücləndirməyib:

“Dinamo”nun qış transfer pəncərəsində Mahir Emreli ilə müqavilə bağlaması Martin Ojedanın transferinin baş tutmamasından sonra təsəlliverici mükafat idi. Azərbaycanlı hücumçu 2020/2021 mövsümündə “Qarabağ”da 22 qol vurmuşdu. “Legiya”da isə o qədər də “öldürücü” deyildi və sonda Polşa klubundan ayrıldı. “Dinamo” hələ də axtarışdadır. Emreli yaxşı transfer hesab edilə bilər. Amma “Dinamo”ya növbəti mövsümdə oyunu üzərinə götürməyi bacaran və hədəflərinə arxalana biləcəyini sübut etmiş futbolçu lazımdır”.

Bu ilin fevral ayında “Dinamo”ya keçən Emreli yeni komandasında ümumilikdə 4 oyun keçirib və fərqlənə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43