Dünyanın nüfuzlu “Transfermarkt” portalı bir müddət öncə futbolçuların bazar dəyərini yeniləyib. Təzə siyahıda bir neçə oyunçuların qiymətində gerilmə olsa da, dəyəri artanlar da var.
Yenilənin siyahıda əsas diqqət mərkəzində Azərbaycanda çıxış edən müdafiəçilər yer alıb. Premyer Liqamızda forma geyinən ən bahalı müdafiəçi “Neftçi”nin oyunçusu Yuri Matias olub. Futbolçunun dəyəri 1,2 milyon avro olaraq bəlirlənib.
Bu mövqedə çıxış edən yerli futbolçularımızdan Toral Bayramovun da dəyəri xeyli yüksəlib. “Qarabağ”ın futbolçusunun qiyməti 800 min avrodur. O, bu göstərici ilə hazırda çempionatda forma geyinən ən bahalı azərbaycanlı müdafiəçidir.
Onun ardından ikinci sırada cinah müdafiəçisi Elvin Cəfərquliyev (750 min), üçüncü isə “Sabah”ın müdafiəçisi Amin Seydiyev (600 min) qərarlaşıb. Bəhlul Mustafazadənin dəyəri isə 500 min avro olaraq bəlirlənib.
İdmanxeber.az