l Divizion

“Energetik”,”Ağsu” və “Qaradağ Lökbatan” cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda I Divizionun 17-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

I Divizionun XVII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 86-cı dəqiqəsində “Ağsu” klubunun 12 №-li futbolçusu Şamo Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

I Divizionun XVII turunun “Energetik” – “Turan Tovuz”  matçının 45+1-ci dəqiqəsində “Energetik” klubunun 17 №-li futbolçusu Etibar Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43