21 Sentyabr 2024
Dünya futbolu

Ərəblər fransalı futbolçu ilə maraqlanır

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu ilə “Əl-Nəsr” və “Əl-İttihad” klubları maraqlanır. “Mançester Yunayted” Varanla müqavilənin uzadılması variantını aktivləşdirməyəcək. Fransız futbolçu da klubdan ayrılmaq niyyətindədir

Varan 2021-ci ilin yayında 40 milyon avroya “Real”dan “Mançester Yunayted”ə keçib. Müdafiəçi “qırmızı şeytanlar”ın heyətində 79 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43