Dünya futbolu

Ərəblər “Mançester Siti”nin qapıçısını istəyir

“Mançester Siti”nin qapıçısı Ederson yay transfer pəncərəsində komandanı tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı braziliyalının xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır. Eyni zamanda, “şəhərlilər” qapıçı getmək istəsə, onu saxlamayacaq.

Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O vaxtdan komandanın heyətində 332 oyun keçirib, 257 qol buraxıb və 155 qapınısını toxunulmaz saxlayıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43