Dünya futbolu

Ərəblər “Real”ın futbolçusuna 40 milyon maaş təklif etdi

“Real”ın müdafiəçisi Naço Fernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə  “Əl-İttihad”ın maraqlandığı bildirilirdi. “Marca” yazır ki, 34 yaşlı futbolçuya mövsümü 20 milyon avro maaşla iki illik müqavilə təklif olunur.

34 yaşlı ispaniyalının “Real”la müqaviləsi iyunun 30-da başa çatır. Ötən mövsüm Naço Madrid klubunun bütün turnirlərdə 45 oyununda iştirak edib və bir məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43