Ölkə futbolu

Eratın komandası səfərdə 1 xala razı oldu

Almaniya 3-cü Bundesliqasında 3-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” səfərdə “Proyssen”lə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Start heyətdə oyuna başlayan həmyerlimiz 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Duysburq” 20 komanda arasında 5-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43