29 Sentyabr 2024
Dünya futbolu

Erik ten Haq gənc oyunçusu barədə danışıb

”Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın gənc oyunçusu Kobbi Maynu haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı mütəxəssis 18 yaşlı oyunçu barədə xoş sözlər deyib:

“Uğurlu bir komandaya gənc istedadı əlavə etmək çox asandır. Biz Kobbi Maynunu elə bir vəziyyətdə olan komandaya əlavə etdik ki, orada işlər heç də yolunda getmirdi. Mən Maynunu ötən payız da, yazda da, yayda da izlədim və “Arsenal”la oyundan sonra da tam olaraq əmin oldum ki, bu gənc oğlan komandamıza keyfiyyət gətirəcək. O hər gün çalışır, Kazemiro kimi təcrübəli oyunçularla söhbət edir və onlardan öyrənir. Kobbi öyrənməyə və məşqçi ilə işləməyə çox istəkli biridir”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43