19 Oktyabr 2019
Kateqoriyasız

“Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq” – UEFA-nın prezidenti

“Bizim üçün təhlükəsizlik ən vacib məsələlərdən biridi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Qurum başçısı daha sonra bunları deyib:

“Turnirlərimizdən hər hansı biri ilə bağlı qərar verərkən hər zaman təhlükəsizliyi nəzərə alırıq. Rusiya və Ukraynanı, Serbiya və Kosovanı, Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq də eyni qrupa düşə bilmirlər. Təhlükəsizlik baxımından bu ölkə təmsilçilərinin üz-üzə gəlməsi doğru deyil. Təhlükəsizliklə bağlı suallarımız olduqda, problemlərin yarandığını görəndə, milli federasiyalardan müvafiq təkliflər gəldikdə qabaqlayıcı tədbirlər görürük. Bu qərarı UEFA verib və dəyişməyin hələ vaxtı gəlməyib”.

Oxşar xəbərlər

Mahir Emrelinin mənzilini qarət edənlər saxlanılıb

admin

“Fənərbaxça”dan çətin qələbə – Video

admin

“Liverpul”, “Qarabağ”, “Şaxtyor” və digərləri…

admin