Kateqoriyasız

Erməni “Beşiktaş”ın prezidenti olmaq istəyir

Erməni əsilli Türkiyə vətəndaşı Alen Markaryan “Beşiktaş”ın prezidenti olmaq istədiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Çarşı” azarkeş qrupunun keçmiş rəhbəri gələcəkdə bununla bağlı “hat-trick” nəşrinə açıqlamasında deyib: “Gələcəkdə “Beşiktaş”ın prezidenti olmaq istəyirəm. İllərlə bu komandaya tribunada xidmət etdik. Ev və səfər oyunlarında komandanı dəstəkləmişik. İndi isə tribunada yer almıram. İndiki idarə heyətində olmaq istəmirəm. Gələcəkdə “Beşiktaş”da preizdent olmaq istəyirəm”.

Hazırda “Beşiktaş”ın prezidenti Fikrət Ormandır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43