Kateqoriyasız

Erməni futbolçu “Qarabağ”la oyunu gözləyir

Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Kayrat” oyuna itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Almatı təmsilçisinin müdafiəçisi Qafurjan Suyumbayev zədə səbəbindən “Qarabağ”a qarşı oyunda meydana çıxmayacaq.

Əvəzində komanda ilə birgə Bakıya gəlməyən erməni Kamo Hovanesyan cavab matçında.meydans çıxacaq.

Noyabrın 4-də keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43