İdman

Erməni məşqçinin kitabı “bağlandı”

Özbəikstan Futbol Federasiyası önəmli qərar qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, qurum adıçəkilən ölkənin yığmasının sabiq baş məşqçisi Samvel Babayanı ömürlük futboldan uzaqlaşdırıb. 

Erməni əsilli özbəkistanlı məşqçi “Paxtakor”da işləyərkən oyunçuların müqavilələrində qanunsuz dəyişikliklər etməkdə günahlandırılıb. 

Qeyd edək ki, Babayan ötən ilin sentyabr ayında istefaya göndərilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43