İdman

Erməninin qələbəsində azərbaycanlı payı

“Rio-2016″da qadınlardan ibarət qılıncoynatma yarışında Rusiya yığmasının üzvü Yana Yeqoryan olimpiya çempionu tituluna sahib olub.

İdmanxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni əsilli idmançı finalda öz həmyerlisi Sofiya Velikayanı məğlub edib (15:14).
Yana Yeqoryanın məşqçisi müstəqil Azərbaycanın qılıncoynatma tarixinin ən titullu üzvü olan Yelena Jemayevadı. Jemayevanın həyat yoldaşı İlqar Məmmədov Rusiya qılıncoynatma yığmasının baş məşqçisidi. İlqar Məmmədov Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43