08 Sentyabr 2024
Kateqoriyasız

Ermənistandan Bakıya gələcək idmançıların sayı açıqlandı

İyun ayının 12-28 Azərbaycanda baş tutacaq I Avropa Oyunlarında iştirak etmək üçün Ermənistandan Bakıya 25 idmançı gələcək.

İdmanxeber.com-un “Report”a istinadən verdiyi məlumata görə, bu barədə bu gün Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qrachya Rostomyan bildirib.

Ermənistan idmançıları altı idman növündə keçirilən yarışlarda iştirak edəcəklər.

Onun sözlərinə görə, Bakıya güləşçilər – Olimpiya oyunlarının gümüş mükafatçısı Arsen Culfalakyan və bürünc mükafatçısı Artur Aleksanyan getməyəcək. Rostomyan bu qərarın idmançıların özləri tərəfindən qəbul edildiyini deyib.

Qrachya Rostomyan Bakıda olduqları zaman erməni idmançılarının təhlükəsizliyi məsələlərinin həll olunduğunu da bildirib. “Hazırda təhlükəsizliklə bağlı heç bir narahatlıq və ya digər problem yoxdur” – deyə Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi vurğulayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43