Kateqoriyasız

Ermin Zets “Qəbələ”dən getdi! (RƏSMİ)

“Qəbələ” hücumçusu Ermin Zetslə yollarını ayırıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2015-ci ilin iyul ayından “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb.

Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran bosniya və herseqovinalı hücumçu 2015/16 mövsümündə komanda ilə Topaz Premyer Liqasının bürünc mükafatçısı olub.

28 yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43