28 Yanvar 2023
Ölkə futbolu

Ernest Nfor: “Biz “Xəzər Lənkəran”ı məğlub etməliyik”

“Neftçi”nin hücumçusu Ernest Nfor müsahibəsində Topaz Premyer Liqasının 10-cu turunda “Rəvan” üzərində qələbədən (2:1) danışmaqla yanaşı, öz problemlərindən söz açıb və “Xəzər Lənkəran”la qarşıdakı Super Kubok oyunu barədə fikrini bildirib.

Komandanız autsayderlərdən birini çətinliklə məğlub etdi. Niyə bel alındı?

Çempionatda cəmi on komanda var və burada da klublar arasında fərq elə də çox deyil. Asan qələbələrimiz lap yəqin, olmayacaq. Buna baxmayaraq, bu oyunda biz üç xaldan başqa heç nə haqda düşünə bilməzdik.

Birinci hissədə nə baş verdi?

“Rəvan” liderlərə qarşı köklənmiş halda oynayan komandalardan biridir. Biz buna hazır idik. Bir çox komandalar məşqçilərinə görə ilk oyunda uğurlu oynayırlar. “Rəvan” da haradasa belə oynadı. Biz planlarımıza daxil olmayan erkən qol buraxdıq. Ancaq rəqibə layiqli cavab verdik.

Siz hələ Azərbaycanda bir dəfə də qol vurmamısınız.

Karyeramda hələ belə hal olmayıb. Elə futbolçuyam ki, hər anı istifadə etməyə çalışıram.

Bu nə vaxta qədər davam edəcək?

Premyer-liqaya öyrəşməyim yaxşı keçir. Ümid edirəm ki, vaxt ötdükcə hər şey yaxşılaşacaq. “Neftçi”nin ab-havasına tamam uyğunlaşmalıyam. Azərbaycan mənim üçün yeni ölkədir və mən bu haqda çox şey bilmirəm. Burada öyrəşmək lazım gələn başqa oyun üslubu var. İnanıram ki, bu baş verəndə hər şey əla olacaq. Hətta mənim qollarım olmadan komanda liderliliyi bölüşürsə, onda heç də hər şey pis deyil.

Qarşıdakı Super Kubok oyunu haqda nə düşünürsünüz?

Biz bütünlüklə bu oyuna köklənirik. Bizi güclü rəqib gözlədiyini bilirik. Bilirəm ki, bu oyuna “Böyük oyun” deyirlər. Biz “Xəzər Lənkəran”ı məğlub etməliyik.

Bəs bu oyunda ilk qolunuzu vurmağa nə deyirsiniz?

Bu, sadəcə əla fikirdir. Belə prinsipial qarşılaşmada qol vurmaq nəinki komanda, mənim üçün də yaxşı olardı. Bu, mənə böyük özünəinam verəcək. Bəyan edirəm, Super Kubok oyununda qol vurmağa çalışacağam.

azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Azərbaycan Kubokunda cavab görüşlərinin təyinatları açıqlandı

admin

“Zirə” Rumıniya klubu ilə qarşılaşacaq

admin

Lənkərandan şad xəbər gəldi

admin