• Ana səhifə
  • Müsahibə
  • Ernest Nfor: “Onlar məni bir neçə dəfə vurdular, görmədiniz?” – MÜSAHİBƏ
Müsahibə

Ernest Nfor: “Onlar məni bir neçə dəfə vurdular, görmədiniz?” – MÜSAHİBƏ

“Neftçi”nin hücumçusu Ernest Nfor “Qarabağ”la oyundan sonra idmanxeber.com-a müsahibə verib.

– İlk öncə oyunla bağlı düşüncələrini öyrənmək istəyərdik.

Yaxşı oyun oldu. Çempionatın iki lideri qarşılaşırdı. Ona görə də sona qədər mübarizə getdi.

– “Yaxşı oyun oldu” deyirsiniz, amma maraqsız futbolun şahidi olduq…

 Bu, sizə görə elədir. Amma deyə bilərəm ki, futbolçular üçün çox maraqlı oyun oldu. Hər iki komanda qol buraxmaqdan ehtiyat edirdi. Kimsə qol buraxsaydı, uduzacaqdı. Ona görə mübarizəli oyun getdi.

– Bir epizodda rəqib müdafiəçi Bədavi Hüseynovla mübarizədən sonra çox aqressiv idiniz. Bunun səbəbi nə idi?

Onlar məni bir neçə dəfə vurdular, görmədiniz? Saymadınız? Belə şeylər olur.

– Hücumda təkbaşına mübarizə apardınız. Nikolas Kanales və Ruslan Qurbanov sizə kömək edə bilmirdi. Bu nə ilə bağlı idi?

Bu, futboldur. Heç vaxt bilmirsən ki, nə vaxt, hansı futbolçunu yaxşı başa düşəcəksən. Bəzi anlaşılmazlıqlar oldu. Ona görə də şanslarımızdan yararlana bilmədik.

– “İnter” 3 xal qazanaraq, turnir cədvəlində “Neftçi”ni qabaqladı. Bu haqda nə deyərdiniz?

“İnter”in bizi keçməsi problem deyil. Əsas məqsədimiz “Qarabağ”a uduzmamaq idi. Buna da nail olduq. Qarşıda çox oyunlarımız var. Çalışacağıq ki, qalib gələk.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Marat İzmaylov: “Qəbələ”yə yalnız ona görə getmişdim” – MÜSAHİBƏ

admin

Şahin Diniyev: “Müşkül məsələdir” (MÜSAHİBƏ)

admin

Millimizin futbolçusu: “Məşqçimiz heç mənim gəlişimi istəmirmiş” – müsahibə

admin