Ölkə futbolu

Ernest Nfor: “Pantiçlə mübahisəmiz oldu”

“Pantiçlə oyundan sonra aramızda mübahisə oldu.  Ancaq həmin epizodda mən haqlı idim. Ona görə də mənim üçün problem yoxdu”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nin futbolçusu Ernest Nfor deyib.

Paytaxt klubunun forvardı daha sonra sözlərinə belə davam edib:

Televiziyaya baxanda görünəcək ki, mənə qarşı qayda pozuntusu vardı. Rəqib futbolçu məni dirsəyi ilə vurdu. O, birbaşa qırmızı vərəqə ilə meydandan qovulmalı idi. Lakin hakim oyunu dayandırmadı. Ancaq hakim həmin epizoda yaxın idi. Hakimin bu qərara göz yummasına çox məyus oldum”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43