Ölkə futbolu

Ernest Nfor “Xəzər Lənkəran”la oyundan danışdı: “Hansı sağlam rəqabətdən söhbət gedə bilər?!”

“Neftçi” PFK-nın futbolçusu Ernest Nfor klubun rəsmi saytına açıqlama verib. Nforun fikirlərini diqqətinizə çatdırır:

“Son iki turda adi oyun epizodlarına görə mənə sarı vərəqə göstərilib. “Xəzər Lənkəran”la oyunda hakim rəqib futbolçuların demək olar ki, bütün kobudluqlarına göz yumurdu. “Bakı” ilə qarşılaşmada rəqib futbolçu məni tapdalasa da, sarı vərəqə mənə göstərildi. “İnter”lə oyunda da eyni vəziyyətlə üzləşdim. Rəqib komandanın futbolçusu Brüs Abdulaye əllə oynadığı üçün ikinci sarı vərəqəni almalı idi. Mən bunu Avropa təcrübəmə əsaslanıb deyirəm. Bəlkə burada fərqli qaydalar tətbiq olunur, amma mənim bundan xəbərim yoxdu?! Üstəlik, mənə nə üçün sarı vərəqə göstərildiyini də başa düşmədim. “Sumqayıt”la oyuna məndən başqa 5 futbolçumuz sarı vərəqə limitini doldurmaq təhlükəsi ilə çıxacaq. Belə gərginlik altında necə oynamaq olar?! Ondan sonrakı tur “Qarabağ”la vacib matçımız var. Həmin qarşılaşmada Bruno Bertuççi və Karlos Kardoso meydanda olmayacaq. Bizdən də kimsə “Sumqayıt”la oyunda sarı vərəqə alsa, həmin matçı buraxmalı olacaq. Belə vəziyyətdə çempionluq uğrunda hansı sağlam rəqabətdən söhbət gedə bilər?!”.

(Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43