Dünya futbolu

Əsgərlərimizin Türkiyənin qələbəsinə verdiyi reaksiya – VİDEO

Avro-2024-ün qrup mərhələsinin son matçında Türkiyə millisi Çexiya üzərində qələbə qazanaraq (2:1), 1/8 finala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri hərbi hissələrin birində bu matçı izləmək şansı əldə edib. Əsgərlərimizin Cenk Tosunun son dəqiqədə vurduğu qola verdiyi sevinc reaksiyası isə qardaş ölkədə gündəm olub.

Türkiyə mediası bu görüntüləri sosial platformalarda yayımlayıb.

Həmin görüntüləri təqdim edirik


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43