08 Sentyabr 2024
Ölkə futbolu

“Əsgərlərin döyüşkən ruhu MOİK-də hiss olunurdu” – Tahir Gözəl

“Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərəhləsində MOİK-i 1:0 hesabı ilə məlub edib.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb. O, həmçinin “Qarabağ”ın Avropa Liqası pley-off mərəhləsindəki şansını da dəəyləndirib:

– “Qarabağ” rəqibləri ilə adətən çox rahat oynayırdı. Ancaq bu gün MOİK-ə qarşı sanki çətinlik çəkdi komanda…

MOİK möhtəşəm oynadı. Əsgərlərin o döyüşkən ruhu komandada hiss olunurdu. İnanın ki, bu gün MOİK qalib gəlsəydi, mən üzəlməyəcəkdim. Onlara halal olsun. Böyük mübarizə apardılar. Ancaq qismət bizə oldu. Qələbə ilə tarixə adımızı yazdırmaq istəyirdik. Çox şükür ki, bacara bildik. 

– Qarabağa dünəndən gəlmisiniz. Şuşa şəhərində də oldunuz. Təəssüratlarınız necədir?

İlk dəfədir ki, bura gəlmişəm. Bütün gecəni şəhəri gəzdim. Bu təmiz havanı qəbul etmək, şəhəri görmək mənim üçün çox əla idi. Çox qeyri-adi bir duyğudur. Ümid edək ki, gələcək nəsillərimiz də bu mənəvi duyğuları daşıyacaq. Buraları almaq böyük fədakarlıqlarla olub. Bu səbəbdən də məndə böyük qürur hissi var. Gələcəkdə Qarabağın bütün şəhərlərində olmaq istəyirəm.

– Xankədidən Avropa klublarına hansı mesajı verə bilərsiniz?

Cənap prezident Ağdamda “İmarət” stadionun tikiləcəyini bildirdi. Yəqin ki, avrokuboklar oyunlarını orada keçirəcəyik. “Qarabağ” son illərdir Avropanın sürpriz klubudur. Komanda artıq Azərbaycanın tarixinə keçib. Avropa klublarına mesajım budur ki, onların qarşısında gözləmədikləri cəsarətdə bir “Qarabağ” olacaq.

– “Qarabağ” yenidən hansısa görüşünü Xankəndidə keçirə bilər?

Biz AFFA ilə bərabər buralara gəlməyə həmişə hazırıq. “Qarabağ” Bakıda yerləşən bir klubdur. Ancaq Ağdamda stadion tikiləndə ilin ən maraqlı oyunlarını “İmarət”də keçirəcəyik. Bizim bir tərfimiz də ağdamlıdır. 

– Avropa Liqasında “Braqa” ilə qarşılaşacaqsınız. Püşkü necə dəyərləndirirsiniz?

Orada Çempionlar Liqasını qazanmağı hədəfləmiş “Milan” kimi klublar var idi. “Braqa” ilə görüşlər çox ağır oyunlar olacaq. Ancaq qarşılaşmaq istədiyimiz 3 klubdan biri idi. Amma unutmayaq ki, büdcə olaraq bizdən 10 qat güclü klubdur. Portuqaliyanın böyük komandasıdır. Düşünürəm ki, “Qarabağ” evdəki “Bayer” oyununu onlara qarşı göstərsə, mərhələ üçün böyük şansımız var.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43