Dünya futbolu

Eşq həyatı Naqelsmanı işindən edib

“Bavariya” klubunun baş məşqçisi Yulian Naqelsmanın qovulma səbəbi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis BİLD nəşrinin əməkdaşı Lena Vulzenberqlə eşq həyatı yaşayır. Bu səbəbdən də oyunçularla baş məşqçinin arası dəyib.

Belə ki, futbolçuların Naqelsmana gücvənmədikləri bildirilir. Onlar baş məşqçi ilə aralarındakı söhbətlərin mətbuata ötürüləcəyindən ehtiyat edirlərmiş.

Rəhbərlik bu narazılığın fərqinə vardıqdan sonra 35 yaşlı mütəxəssislə yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43