Ölkə futbolu

Essyen yenidən “Stemford Brice” çıxacaq

“Səbail” klubunun futbolçusu Maykl Essyen dah bir oyuna dəvət alıb.

Ulduz futbolçu xeyriyyə matçında iştirak edəcək.  UNICEF-ə dəstək xarakterli görüş iyunun 16-da İngiltərənin “Çelsi” klubunun stadionu “Stemford Bric”də keçiriləcək.

Qanalı yarımmüdafiəçinin yer aldığı dünya yığmasında “Çelsi”də komanda yoldaşları olmuş Didye Droqba və Rikardo Karvalyo da olacaq. Rəqib İngiltərə əfsanələri komandasında isə Frenk Lempard, Co Koul kimi futbolçular yer alacaq.

Maykl Essyen mayın 18-də Afrika yığmasının heyətində Nigeriya millisinin sabiq ulduzlarına qarşı keçiriləcək görüşə də dəvə alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43