Ölkə futbolu

Estoniya – Azərbaycan oyununun hakimləri açıqlandı

Millimizin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Tallində baş tutacaq qarşılaşmanı Almaniyadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Robert Şröder idarə edəcək. Ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43