Ölkə futbolu

Essyen rəsmən “Səbail”də

Səbail” heyətinə yeni futbolçu cəlb edib. Paytaxt təmsilçisi Maykl Essyenlə 1,5 illik müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Essyen həmçinin “Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi azad agent kimi Bakı klubuna qoşulub.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi “zadəganlar”ın heyətində 168 oyunda və 19 qol vurub. O, İspaniya “Real”ı (Madrid) və İtaliya nəhəngi “Milan”ın da formasını geyinib.

Oxşar xəbərlər

“İnter” – “Mladost” matçının yeri dəyişdirildi

admin

“İnter” Türkiyədə

admin

Mustafa Dənizlinin istədiyi futbolçu hazırkı komandasına qiymət oxudu: Lənkərana gələ bilər

admin