Kateqoriyasız

Esyen “Səbail”i saymır

Avropa Liqasında mübarizəni elə ilk mərhələdəcə dayandıran “Səbail”in maliyyə problemləri içərisində var-gəl etdiyindən xəbərdarsınız.

Klub maaşlarını verə bilmədiyinə görə bir neçə legionerlərlə də, yollarını ayırdı. Lakin gedənlərin siyahısında Maykl Esyen yoxdu. Ancaq Esyen paytaxt klubunu saymır.

İdmanxeber.az-a daxil olan məlumata görə, qanalı ulduz futbolçu 4 gündən artıqdır ki, komandanın məşqlərinə qoşulmayıb. “Səbail”in hər vəclə onu komandada saxlamağa çalışması da bir fayda vermir. Təcrübəli futbolçunun Azərbaycana dönüb-dönməyəcəyi belə sual altındadı.

Dəqiq olan bir şey var ki, Premyer Liqanın startına az bir müddət qalsa da, Esyen hələ də komandanın məşqlərinə qoşulmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43