Milli komanda

“Evə yaxşı nəticə ilə dönmək istəyirik” – De Byazi

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək İrlandiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.

İtaliyalı mütəxəssis sabahkı matçla bağlı bunları deyib:

“Ağır nəticədən sonra buraya gəlmişik. Lüksemburqla oyunun ikinci hissədə keyfiyyətli oyun göstərə bildik. İlk hissə və ikinci hissə arasında böyük fərq oldu. İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq. Qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədi, amma bu, bəhanə olmamalıdı. Evə yaxşı nəticə ilə dönmək istəyirik. Yaxşı nəticə əldə etmək üçün isə sabah maksimum gücümüzü nümayiş etdirməliyik.

Heyətlə bağlı demək olar ki, qərar vermişəm, ancaq indi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, Lüksemburqla oyunun ikinci hissəsində oynayanların çoxu meydanda olacaq. Təbii ki, əvvəlcə onların fiziki vəziyyətinə və necə bərpa olunmalarına baxmalıyıq. Heç bir oyun asan olmur. Bu cür ardıcıl oyunlarda bərpa olunmaq çox vacibdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43