16 Sentyabr 2024
Ölkə futbolu

Əvəzedicilər Liqası: “Qarabağ”dan qələbə

Əvəzedicilər Liqasında 19-cu turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün daha bir matç keçirilib. “Qarabağ-2” “Araz-Naxçıvan-2”ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sabah oynanılacaq “Qəbələ-2” – “Sumqayıt-2” görüşü ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43