Milli komanda

Evans: “Azərbaycanla oyun bizim üçün vacibdir”

Futbol üzrə milli komandamız bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evans sabahkı matçla bağlı ölkəsinin mətbuatına danışıb. "Vest Bromviç"in futbolçusu bunları deyib:

“Azərbaycan millisi ilə ötən seçmə mərhələ görüşlərində üz-üzə gəlmişdik və qalib gələ bilməmişdik. Doğma azarkeşlərimiz önündə 3 xal qazanmağı hədəfləyirik. Baş məşqçimizin tələbinə əsasən 4 turdan sonra aktivimizdə minimum 7 xal olmalı idi. Bu səbəbdən Azərbaycanla oyun bizim üçün vacibdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43