Ölkə futbolu

Evdə 20-ci heç-heçə, 54-cü qolçu

“Zirə” tarixində 20-ci ev heç-heçəsinə imza atıb. İdmanxeber.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yubiley bərabərliyi Topaz Premyer Liqasının XIX turunun “Qəbələ” ilə matçına təsadüf edib.

1:1 hesablı “sülh” klub tarixinin 78-ci ev qarşılaşmasındakı 20-ci heç-heçə kimi yadda qalıb. Bunlardan 16-sı Premyer Liqa, 3-ü Birinci Divizion, 1-i UEFA Avropa Liqasına təsadüf edib.

Zirə İdman Kompleksində ev sahiblərinin qoluna imza atan İsmael Fofana komandanın heyətində ilk dəfə fərqlənib. Qol hesabını açan afrikalı legioner “Zirə”nin tarixinə rəqib qapısına yol tapan 54-cü oyunçu kimi daxil olub. O, bunu Premyer Liqada bacaran 32-ci futbolçudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43