Kateqoriyasız

“Evdə gücümüzü hiss etdik” – “Rapid”in baş məşqçisi

“Bu çox ağır oyun oldu. Öz evimizdə gücümüzü hiss etdik”

İdmanxeber.az-ın məlumatına görə, Bu sözləri “Rapid”in baş məşqçisi Ferdinad Feldhofer “Neftçi” ilə oyunun ardından keçirlən mətbuat konfrasında deyib. O, daha sonra belə davam edib:

“Qarşılaşmanın sonuna qədər pressinq edib, futbol oynamağa çalışdıq. İki oyunçunu meydandan çıxarmağım böyük risk idi. Ancaq biz bunu bacardıq. Növbəti raundda “Vaduts”la (Lixtenşteyn) üz-üzə gələcəyik. Rəqibi ilk matçdan sonra analiz etmişik. Qarşımıza qoyulan hədəflərə çatmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43