Kateqoriyasız

“Evdə necə rahat oynadığımızı göstərdik” – Kadi Borges

“Qarabağ”ın futbolçusu Kadi Borqes Çempionlar Liqasının I təsnifat mərhələsinin “Lex”lə cavab oyunundan (5:1) sonra fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, “CBC Sport”a danışan braziliyalı yarımmüdafiəçi bunları söyləyib:

“Belə oyundan sonra nə demək olar? “Qarabağ” gücünü göstərdi. Evdə necə rahat oynadığımızı göstərdik.

Hər oyun fərqlidir. Bəzən elədir ki, oyun alınır, bəzən yox. Düşünürsən ki, vəziyyət pisdir, amma hər şey anidən dəyişir. Əsas olan başımızı dik tutmaqdır.

“Sürix”lə oyun çətin olacaq. Hazırlaşmaq və köklənmək lazımdır ki, qələbə ilə bitirək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43